Bakı 32˚C Partly sunny

Yol qəzasında öləninin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Hadisə 16:17 20 noy, 2021

Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib

Yol qəzasında öləninin şəxsiyyəti məlum olub - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi zamanı ölən piyadanın şəxsiyyəti məlum olub.

Qazet.az "Report"un yerli bürosuna istinadən xəbər verir ki, bu Şəki şəhər sakini, 1948 ci il təvəllüdlü Rasif Abdullayevdir. Onun meyit adiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səsbləri isə aparılan avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.

10:52

Şəki şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Qazet.az-ın "Report"un Şimal-qərb bürosuna istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin Salman Mümtaz küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-2106" markalı avtomobil yolu keçmək istəyən piyadanı vurub. Nəticədə hələlik şəxsiyyəti məlum olmayan yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.