Bakı 26˚C Intermittent clouds

Yoluxanlarla bağlı günün statistikası

Cəmiyyət 21:38 11 dek, 2021

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib

Yoluxanlarla bağlı günün statistikası

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 117 yeni yoluxma faktı qeydə alınıb 1 581 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qazet.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 15 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 603 254 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 574 615 nəfər müalicə olunaraq sağalıb, 8 070 nəfər vəfat edib, aktiv xəstə sayı 20 569 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11 081, ötən müddət ərzində isə ümumilikdə 5 666 466 test aparılıb.