“Youtube” Braziliya prezidentinə qadağa qoyub
Gündəm
11:43 26 okt, 2021
Bu baraadə “YouTube” özü məlumat yayıb

“Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.
Qazet.az-ın məlumatına görə, bu barədə ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti məlumat yayıb.
Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:
“Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, - videohostinqin administrasiyası bildirib.
Qeyd edək ki, “YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları silir.