Bakı 24˚C Windy

"YouTube" bütün xidmətləri bərpa etdi

Biznes 11:09 13 apr, 2022

Bu barədə çərşənbə axşamı onlayn videohostinqin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.

"YouTube" bütün xidmətləri bərpa etdi

Tərtibatçılar "YouTube" xidmətlərinin fəaliyyətindəki problemləri aradan qaldırıblar. 

Qazet.az xəbər verir ki, bu barədə çərşənbə axşamı onlayn videohostinqin "Twitter"dəki rəsmi səhifəsində məlumat verilib.

"Hər şey düzəldilib: siz indi daxil ola, hesablar arasında keçid edə, bütün xidmətlər və cihazlar üçün hesab menyusundan, naviqasiya panelindən istifadə edə bilərsiniz", - mesajda deyilir.

Bundan əvvəl məşhur internet resurslarının işini izləyən "Downdetector" portalının istifadəçiləri bütün dünyada YouTube xidmətlərində problemlər barədə məlumat veriblər.

Saytın və tətbiqin fəaliyyəti ilə bağlı şikayətlər, eləcə də videolara baxarkən problemlər olub. 

Ən böyük problem ABŞ-da qeydə alınıb, lakin bu barədə məlumat digər ölkələrdən, o cümlədən Rusiyadan gəlib.