“YouTube” seçki nəticələrilə bağlı paylaşılan videoları siləcək
Müəllifə bu barədə məlumat veriləcək

"YouTube" kanal istifadəçilər tərəfindən seçkinin nəticələrinə şübhə yaradan videoların yerləşdirilməsini qadağan edib.
Qazet.az "Red İce Tv"yə istinadən xəbər verir ki, qaydaların müvafiq hissəsinə görə, məhdudiyyətlər əsasən ABŞ-da keçmiş bütün prezident seçkilərinin, eləcə də Almaniyada 2021-ci il parlament seçkilərinin nəticələrinə tətbiq olunur.
Bildirilib ki, sözügedən qaydaları pozan istifadəçilərin yerləşdirdiyi video hostinq rəhbərliyi tərəfindən silinəcək və müəllifə bu barədə məlumat veriləcək. İkinci dəfə istifadəçiyə xəbərdarlıq ediləcək. Üç xəbərdarlıqdan sonra isə kanal bloklanacaq.
“YouTube”ın yeni siyasəti keçiriləcək seçkilərə "mane ola biləcək" informasiyanın yayılmasının qarşısını almağa yönəlib.
Diqqətinizə çatdıraq ki, Google, Facebook, Tiwitter, Reddit və Microsoft da daxil olmaqla, bir neçə texnoloji şirkətdə 2020-ci ildə ABŞ-da keçirilən prezident seçkilərində bu addımı atmışdı.