Bakı 7˚C Sunny

YPX avtomobili qəzaya düşüb

Hadisə 13:22 06 dek, 2021

Xəsarət alanların olduğu ehtimal edilir

YPX avtomobili qəzaya düşüb

Salyanda yol patrul xidməti avtomobili (YPX) ilə minik avtomobili toqquşub.

Qazet.az xəbər verir ki, bu barədə məlumatlar sosial şəbəkələrdə paylaşılıb.

İlkin məlumata görə hadisə zamanı ölən olmayıb. Xəsarət alanların olduğu ehtimal edilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, həmin yol-nəqliyyat hadisəsi dekabrın 4-də saat 11:00 radələrində baş verib:

“Belə ki, Salyan rayonu Cəngan kənd sakini Vüqar Babayevin idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə Salyan-Neftçala magistral yolunun 1-ci kilometrliyində Salyan Rayon Polis Şöbəsinin YPX əməkdaşının idarə etdiyi xidməti avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində baş verib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir”.