Bakı 26˚C Intermittent clouds

Yüksək faiz dərəcələri məni narahat edir - Ərdoğan

Gündəm 10:38 02 dek, 2021

Hər kəs bilir ki, yüksək faiz dərəcələri məni nə qədər narahat edir. 

Yüksək faiz dərəcələri məni narahat edir - Ərdoğan

Hər kəs bilir ki, yüksək faiz dərəcələri məni nə qədər narahat edir. Mən heç vaxt faiz verən olmamışam, bu gün də deyiləm, sabah da olmayacağam.

Qazet.za xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Biz məzənnənin və qiymət artımının mənfi təsirlərini diqqətlə izləyirik. Fərqindəyik ki, məzənnə ilə bağlı gözlənti rəqəmin səviyyəsi deyil, sabit olmasıdır. Bunun əhəmiyyətli bir hissəsi qlobal dalğalanmalardan qaynaqlansa da, bazardakı hədsiz qiymət artımının əksəriyyətinin məntiqi izahı olmadığını da görürük", - Ərdoğan qeyd edib.