Bakı 22˚C Partly sunny

"Yüksəliş" müsabiqəsinin qalibləri nazirlərin yanında təcrübə keçəcək

Gündəm 16:42 22 okt, 2021

Bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib

"Yüksəliş" müsabiqəsinin qalibləri nazirlərin yanında təcrübə keçəcək

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibi Ziya Mürsəlzadənin mentoru olacaq.

Qazet.az xəbər verir ki, bu barədə müsabiqənin rəsmi səhifəsində məlumat verilib.

Məlumatda deyilir ki, qalib nazirlə 1 il müddətində mentorluq proqramı çərçivəsində əməkdaşlıq edərək təcrübə keçəcək.

Bundan başqa, müsabiqənin digər iki qalibi Kamil Alıyev və Orxan Quliyev rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevin, Güldanə Hidayətli energetika naziri Pərviz Şahbazovun, Vüqar Mirzəzadə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, Ruslan Mirzəliyev isə əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin yanında 1 illik təcrübə keçəcək.