Yumurta alarkən BUNA DİQQƏT EDİN
Mağazada yumurta seçərkən diqqətli olmaq lazımdır.
Qazet.az bildirir ki, yumurtanın səthi təmiz, hamar və zədəsiz olmalıdır. Mağazada satılan hər yumurtanın üzərində istehsal tarixini və istifadə müddətini göstərən möhür var. Pəhriz və süfrə yumurtaları eyni növdürlər. Yeganə fərq onların “yaşındadır”.
Yumurtalar ölçü və çəkilərinə görə, bir-birinə uyğun olmalıdırlar, kəskin fərqlənməməlidirlər. Bundan əlavə, yumurtanın istehsalçısına, istehsal tarixinə və saxlanma şəraitnə də diqqət yetirilməlidir.
Bişirməzdən əvvəl yumurtanı soyuducudan çıxardıb bir müddət otaq temperaturunda saxlamaq tövsiyə edilir. Yumurtanın hərtərəfli bişməsi üçün, əvvəlcədən, yumutanı masanın üstündə ya yuvarlayın, ya da silkələyin. Yumurtanı bişirmək üçün onu qaynar, duzlu suya salmaq lazımdır. İlıq olması üçün 3-4 dəq, tam bişməsi üçün isə 7-8 dəq qaynatmaq lazımdır. Əgər yumşaq olmasını istəyirsinizsə, 5 dəq yetərlidr.
Soyutma yumurtanı qaynar sudan çıxaran kimi soyuq suya salın və prosesi bir neçə dəfə təkrar edin ki, yumurta tam soyusun. Minimum 15 dəqiqə yumurtanın soyumasını gözləyin. Axan soyuq suyun altında yumurtanı soymaq daha rahat olar.