Bakı 2˚C Mostly cloudy

Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açdı

Cəmiyyət 22:41 10 sen, 2022
Yunanıstan azərbaycanlıların olduğu gəmiyə atəş açdı

Yunanıstan Sahil Mühafizəsi Bozcaadada göyərtəsində azərbaycanlıların olduğu "Ro-Ro" gəmisinə atəş açıb.

Qazet.az bu barədə "Haber Global"a istinadən xəbər verir.

Komor adaları bayrağı altında Çanaqqala sahillərində beynəlxalq sularda üzən "Anatolian" adlı Ro-ro gəmisinə atəş açan Yunanıstan qüvvələri Türkiyə Sahil Mühafizəsinin gəldiyi zaman ərazini tərk edib.

Beynəlxalq hüquq normalarına məhəl qoyulmadan açılan təqib atəşindən sonra gəmidə olan 18 nəfər arasında hər hansı itki və yaralananın olmadığı müəyyən edilib.

Gəminin heyətində 6 Misir, 4 Somali, 5 Azərbaycan və 3 Türkiyə vətəndaşı olub.

Hazırda gəmi Türkiyənin iki Sahil Mühafizə gəmisi tərəfindən müşayiət olunur.