Bakı 4˚C Cloudy

Yunanıstan XİN rəhbərinin anlaşılmaz hərəkəti diplomatik qalmaqala səbəb olub

Gündəm 02:00 18 noy, 2022
Yunanıstan XİN rəhbərinin anlaşılmaz hərəkəti diplomatik qalmaqala səbəb olub

Yunanıstanın müvəqqəti işlər vəkili xarici işlər naziri Nikos Dendiasın Tripoliyə çatan kimi təyyarədən enməkdən imtina etməsi ilə əlaqədar Liviya Xarici İşlər Nazirliyinə çağırılıb. 

Qazet.az 
xəbər verir ki, bu barədə “Anadolu”ya Liviya Milli Birlik Hökumətinin sözçüsü Məhəmməd Hammud məlumat verib.

Onun sözlərinə görə, insidentlə bağlı Yunanıstanın müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb və həmçinin Liviyanın Afinadakı müvəqqəti işlər vəkilinin məsləhətləşmələr üçün geri çağırılması qərara alınıb.

Hammoude qeyd edib ki, yunan nazirin mövqeyi Liviya hökuməti tərəfindən təəssüflə qarşılanıb və "Liviya xalqı və hökuməti üçün təhqirdir ". O, həmçinin əlavə edib ki, Yunanıstan xarici işlər nazirinin təyyarəsi Liviyanın şərqindəki Benqazi şəhərinə doğru hərəkət edib.

Yunan mətbuatının yazdığına görə, Dendias bunu Liviyanın xarici işlər naziri Nəcla Mankuşun onu qarşılamaq üçün hava limanına gəlməsinə görə edib. Yunan KİV-i onu da qeyd edib ki, Liviya tərəfi uçuş planını təsdiqləmədiyi üçün nazirin təyyarəsi Tripolidən Malta üzərindən Benqaziyə uçurdu.

***

 

Yunanıstanın xarici işlər naziri Nikos Dendias Liviyaya uçub və təyyarədən enməkdən imtina edib. Sonra dərhal geri uçub. 
 

Qazet.az xəbər verir ki, bunu Liviyanın xarici işlər naziri Nəclə Manquş deyib.

Onun sözlərinə görə, Yunanıstan Xarici İşlər Nazirliyinin rəhbəri öz hərəkətini izah etməyib.