Yunanıstanla gərginlik davam edərkən sürpriz mesaj – “Türkiyəyə F-35 verməliyik”
Cəmiyyət
10:39 12 sen, 2022
Yunanıstanla Türkiyə arasında gərginlik davam edərkən, ABŞ generalından diqqətçəkən açıqlama gəlib.
Qazet.az xəbər verir ki, ABŞ-ın Avropa qüvvələrinin keçmiş komandanı Filip Bridlav Vaşinqtonun Türkiyəyə F-35 qırıcıları verməli olduğunu deyib.
General iki müttəfiqin – Türkiyə və Yunanıstanın ümumi təhlükə üzərində fokuslanmasının vacibliyini vurğulayıb.
Bridlav Türkiyənin tələb etdiyi F-16-lar barədə də danışıb. General ABŞ-ın Türkiyəni F-16-larla təmin edəcəyini bildirib. Eyni zamanda, o, Türkiyəyə F-35 verilməli olduğunu vurğulayıb.
Bridlav əlavə edib ki, ABŞ-la münasibətlərinin son zamanlarda geriləməsinə baxmayaraq, Türkiyə NATO-nin vacib hissəsidir.
Qaynaq