Yupiterdən böyük plantedə bir il 3 günə bərabərdir
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı yeni planetin Yerdən 752 işıq ili uzaqlıqda və inanılmaz bir orbitə malik olduğunu bildiriblər
Hindistanın Fiziki Tədqiqatlar Laboratoriyasının astronomları Yupiterin kütləsinin təxminən 70 faizi və həcmindən isə təxminən 1,4 dəfə böyük olan planet kəşf ediblər.
Qazet.az xəbər verir ki, yeni kəşf barədə açıqlama verən Hindistan Kosmik Tədqiqatlar Təşkilatı planetin Yerdən 752 işıq ili uzaqlıqda və inanılmaz bir orbitə malik olduğunu bildiriblər.
"HD 82139" və ya "TOI 1789" adlandırılan planetin 2000 Kelvin ultra-isti səthə malik olduğu qeyd edilir. "Bu təkcə həddindən artıq isti deyil, həm də bu yaxınlarda kəşf edilmiş orbitdəki ulduza ən yaxın planetlərdən biridir. Planet qeyri-adi yüksək orbital sürətə malikdir. O, ulduzu ətrafında dövrünü cəmi 3,2 günə tamamlayır. Yeni planet eyni zamanda indiyə qədər kəşf edilmiş ən aşağı sıxlıqlı planetlərdən biridir", - deyə məlumatda bildirilir.
Kütləsi Yupiterdən 0,25 və həcmi bir neçə dəfə böyük olan planetlər "isti Yupiterlər" kimi tanınır.