"Yuventus" 1961-ci ildəki antirekordunu təkrarlayıb
Gündəm
11:22 20 sen, 2021
Turin təmsilçisi IV turunda "Milan"la 1:1 hesablı heç-heçə edib
!["Yuventus" 1961-ci ildəki antirekordunu təkrarlayıb](https://qazet.az/resized/fit900x500/center/pages/26027/9828ba0e-a53e-467e-8f96-d16e29206193.jpeg)
İtaliyanın "Yuventus" klubu A Seriyasındakı antirekordunu təkrarlayıb.
Qazet.az "OptaPaolo"ya istinadən xəbər verir ki, Turin təmsilçisi IV turunda "Milan"la 1:1 hesablı heç-heçə edib.
Massimiliano Alleqrinin baş məşqçi olduğu komanda ilk 4 oyunda qələbə qazana bilməyib. "Qoca sinyora" 1942/1943, 1955/1956 və 1961/1962 mövsümündə də eyni uğursuzluqla üzləşib.
Qeyd edək ki, "Yuventus" hazırda 4 oyundan sonra 2 xalla 18-ci pillədə qərarlaşıb.