"Yuventus" və "Bavariya"nın sabiq futbolçusu karyerasını başa vurub
İdman
19:45 09 dek, 2021
Karyerasını bitirməsi ilə bağlı 34 yaşlı veteran müdafiəçi özünün rəsmi instaqram səhifəsində paylaşım edib
İtaliya "Yuventus"u və Almaniya "Bavariya"sının sabiq futbolçusu Medhi Benatya peşəkar karyerasını başa vurub.
Qazet.az xəbər verir ki, bu barədə 34 yaşlı veteran müdafiəçi özünün rəsmi instaqram səhifəsində paylaşım edib.
Mərakeş millisinin də formasını geyinmiş Benatyanın son klubu Türkiyə "Karagümrük"ü olub.
Qeyd edək ki, Medhi Benatya Fransada "Marsel", "Loryan", "Klermon", həmçinin İtaliyada "Udineze" və "Roma" klublarında da çıxış edib.
Mənbə