Bakı 20˚C Sunny

"Yuventus"un futbolçusu avtomobil qəzasına səbəb olub

Gündəm 19:23 22 sen, 2021

Hadisə bu gün səhər saatlarında Turin şəhərində baş verib

"Yuventus"un futbolçusu avtomobil qəzasına səbəb olub

İtaliyanın "Yuventus" klubunun futbolçusu Artur Melo avtomobil qəzasına düşüb.

Qazet.az-ın "Football Italia"ya istinadən məlumatına görə, hadisə bu gün səhər saatlarında Turin şəhərində baş verib.

Qəzada ciddi xəsarət alan olmayıb. Braziliyalı oyunçunun qəzanın səbəbkarı olduğu bildirilib. Melonun idarə etdiyi "Ferrari" markalı avtomobilə ziyan dəyib. Futbolçu tibbi müayinə üçün xəstəxanaya yollanıb.

Qeyd edək ki, Artur Melo "Yuventus"a 2020-ci ilin yayında İspaniya "Barselona"sından keçib.