Bakı 12˚C Mostly cloudy

Yüzdən çox mina aşkarlandı

Cəmiyyət 13:44 21 noy, 2022
Yüzdən çox mina aşkarlandı

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən həftə daha 119 mina aşkarlayıb.

ANAMA-dan Qazet.az-a verilən məlumata görə, noyabrın 14-dən 19-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 96, tank əleyhinə 23 mina və 345 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Nəticədə 358 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.