Zahedanda “qanlı cümə” ilə nəticələnən etirazlarda 95 nəfər öldürülüb
Hadisə
22:07 09 okt, 2022
Zahedanda “qanlı cümə” ilə nəticələnən etirazlarda 95 nəfər öldürülüb.
Qazet.az xəbər verir ki, Bəluç Fəalları Kampaniyası öz “Telegram” kanalında sentyabrın 30-da Zahedan şəhərində keçirilən kütləvi etirazlarda həlak olanların sayının 95-ə yüksəldiyini açıqlayıb.
Sentyabrın 30-da İran təhlükəsizlik orqanlarının etnik bəluç nümayişçilərini güllələməsindən sonra aralarında 12-17 yaş arası uşaqların da olduğu 95 nəfər ölüb, yaralıların sayı 300-ə çatıb.
Qeyd edək ki, sentyabrın 30-da “Zahedanın qanlı cüməsi” kimi tanınan çoxlu sayda etirazçının öldürülməsindən sonra hökumət tərəfindən Sistan və Bəluçestan əyalətində güclü təhlükəsizlik tədbirləri görülüb.