Bakı 13˚C Windy

Zakir Həsənov Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi

Siyasət 13:57 30 avq, 2022
Zakir Həsənov Ankarada Heydər Əliyevin abidəsini ziyarət etdi

Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 30-da Ankaradakı Heydər Əliyev Parkını ziyarət edib.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

General-polkovnik Z.Həsənov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkdakı abidəsi önünə əklil qoyub, dahi şəxsiyyətin xatirəsinə dərin ehtiramını bildirib.