Zakir Həsənov Gürcüstana səfərə gedib
Gündəm
11:22 04 okt, 2021
Nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstana səfər gedib.
Qazet.az-ın əldə etdiyi məlumata görə, nazir bu gün Gürcüstan rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə iki ölkə arasında hərbi əməkdaşlığın hazırkı vəziyyəti və gələcək inkişaf perspektləri müzakirə olunacaq.