Zakir Həsənov İrana başsağlığı verib
Siyasət
15:00 25 fev, 2022
Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb

Azərbaycanın müdafiə naziri general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.
Qazet.az-ın xəbərinə görə, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.
Z.Həsənov M.Baqeriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.
Qeyd edək ki, fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.