Bakı 4˚C Showers

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Gündəm 19:30 28 sen, 2021

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib

Zakir Həsənov Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı ilə görüşüb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin yeni komandanı general-leytenant Gennadi Anaşkin ilə görüşüb.

Bu barədə Qazet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Görüşdə Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki son vəziyyət müzakirə edilib.

Qeyd edək ki, görüşdə general-leytenant Rüstəm Muradov da iştirak edib.