Bakı 16˚C Partly sunny

Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinin müavini ilə görüşüb

Siyasət 15:45 06 sen, 2022
Zakir Həsənov Qazaxıstanın müdafiə nazirinin müavini ilə görüşüb

Sentyabrın 6-da müdafiə naziri general-polkovnik Zakir Həsənov "ADEX 2022" 4-cü Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində Qazaxıstan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Ruslan Şpekbayev ilə görüşüb.

Qazet.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində keçirilən görüşdə Azərbaycan ilə Qazaxıstan arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, eləcə də ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi bildirilib və maraq doğuran digər məsələlər müzakirə olunub.