Bakı 7˚C Sunny

Zakir Həsənov Türkiyəyə səfər edəcək

Siyasət 13:07 29 avq, 2022
Zakir Həsənov Türkiyəyə səfər edəcək

AR-in Müdafiə Naziri Zakir Həsənov Türkiyəyə səfər edəcək. 

Qazet.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan-Türkiyə hərbi əməkdaşlığının gücləndirilməsi xalqlarımız arasındakı qardaşlığı möhkəmləndirir.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən müdafiə naziri general-polkovnik Zakir Həsənov Zəfər Bayramının 100-cü ildönümü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək üçün avqustun 30-da qardaş Türkiyə Respublikasına işgüzar səfər edəcək.