Bakı 2˚C Cloudy

Zaporojye AES tamamilə enerjisiz qaldı

Gündəm 13:44 12 okt, 2022
Zaporojye AES tamamilə enerjisiz qaldı

Bu gün səhər saatlarında Rusiya qoşunlarının raket atəşi nəticəsində Dnepropetrovsk vilayətində “Dneprovskaya” yarımstansiyası zədələnib.

Qazet.az xəbər verir ki, bu barədə “Enerqoatom” məlumat yayıb.

Nəticədə Zaporojye Atom Elektrik Stansiyasının (AES) 750 kV-luq “Dneprovskaya” rabitə xəttinin fəaliyyəti dayanıb.

Beləliklə, Zaporojye AES-in enerjisi tamamilə kəsilib. Avtomatik rejimdə dizel generatorları işə düşüb.

“Enerqoatom” şirkəti dizel yanacağının daha bir partiyasını hazırlayaraq AES-ə göndərib. Lakin saat 10:00-a olan məlumata görə, Rusiya tərəfi şirkətin maşın karvanının keçməsinə icazə vermir.