Zaqatala polis şöbəsində rəis təyinatı olub
Cəmiyyət
12:34 03 dek, 2022
Zaqatala Rayon Polis Şöbəsində (RPŞ) rəis təyinatı olub.
Qazet.az-ın əldə etdiyi məlumata görə, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, polis polkovnik-leytenantı Cabir Ələsgərov Zaqatala RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi təyin olunub.
Qeyd edək ki, C.Ələsgərov daha əvvəl Ağstafa RPŞ-nin xidmət üzrə rəis müavini və Qazax RPŞ-nin İctimai Təhlükəsizlik Bölməsinin rəisi vəzifələrində çalşıb.