Bakı 10˚C Windy

Zaqatalada 20 ton ot bağlaması yanıb

Hadisə 10:41 02 yan, 2023
Zaqatalada 20 ton ot bağlaması yanıb

Zaqatala rayonunda yanğın hadisəsi baş verib.

Qazet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, Zaqatala rayonunun Qımır kəndində ümumi sahəsi 300 kvadratmetr olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisinə yığılan 40 ton ot bağlamasının 20 tonu yanıb. Tövlənin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.