Bakı 7˚C Sunny

Zaqatalada 3 yaşlı uşağı it dişləyib

Hadisə 21:40 20 dek, 2022
Zaqatalada 3 yaşlı uşağı it dişləyib

Zaqatalada it üç yaşlı uşağın üzünə ağır xəsarət yetirib.

Qazet.az-ın Şimal-qərb bürosunun məlumatına görə, axşam saatlarında rayonun Faldar kənd sakini 2019-cu il təvəllüdlü Rəvan Şərif oğlu Əliyev üz nahiyəsinin it dişləməsi xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
 

R. Əliyevin xəsarəti dərin olduğundan onun üzündə cərrahi əməliyyat keçirilib.

Quduzluq əleyhinə qarşı peyvənd olunub.

Hazırda üç yaşlı R. Əliyevin müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.