Zaqatalada ev sahibinin oğlu tövləni yandırıb
Hadisə
13:55 07 yan, 2022
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır
Zaqatalada ev sahibinin oğlu tövləni yandırıb.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazilriyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.
Belə ki, rayonun Aşağı Tala kəndi ərazisində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki tövlənin yanması barədə polis şöbəsinə məlumat daxil olub. Daxil olan məlumatla əlaqədar hadisənin baş verdiyi yerə baxış keçirilib, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğın söndürülüb və xəsarət alan olmayıb.
İlkin araşdırmanın nəticələrinə əsasən yanğını törədən şəxsin ev sahibinin oğlu, qeydiyyatda olan ruhi-əsəb xəstəsi E.Abdullayev olduğu müəyyən edilib.
Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.