Zaqatalada evdən 18 min manata yaxın oğurluq edilib
Hadisə
16:45 07 yan, 2022
Faktla bağlı araşdırma aparılır
Zaqatalada evdən 18 min manatlıq oğurluq edilib.
Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən oğurluq etdiyinə görə tutulan T.Babayevin ətrafında aparılan əməliyyat tədbirləri ilə onun 3-cü Tala kəndindəki evlərin birindən 500 manat pul, 1 200 ABŞ dolları (2 000manat ) və 15 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.