Zaqatalada maşın təmiri sexləri yandı
Gündəm
11:39 09 dek, 2021
Zaqatalada maşın təmiri sexləri yanıb.

Qazet.az məlumatına görə, yanğın bu gün səhər saatlarında, Qurbanov Qurban Azad oğluna məxsus ümumi sahəsi 90 kv/ m olan 5 maşın təmiri sexindən baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın zamanı 60kv/m olan 3 maşın təmiri sexinin yanar konstruksiyaları tamamilə yanıb. İki maşın təmiri sexi, təmirə qoyulmuş 3 minik avtomobili və ətrafda olan digər tikililər yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.