Bakı 21˚C Intermittent clouds

Zaqatalada narkotik istifadəçisi saxlanıldı

Cəmiyyət 15:05 22 noy, 2022
Zaqatalada narkotik istifadəçisi saxlanıldı

Zaqatalada axtarışda olan şəxsdən narkotik götürülüb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı üzərində narkotik vasitə daşımaqda şübhəli bilinən rayon sakini, əvvəllər də narkotik və oğurluq cinayətləri törətdiyi üçün məhkum olunmuş Eldar Xasayev saxlanılıb.

Üzərinə keçirilən baxış zamanı ondan külli miqdarda tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, E.Xasayev bir müddət əvvəl Bakı şəhərində törətdiyi cinayətə görə axtarışda olub.