Bakı 18˚C Mostly cloudy

Zaur Kamaldan Könül Xasıyevanın şikayətinə REAKSİYA

Eksklüziv 13:32 22 noy, 2022
Zaur Kamaldan Könül Xasıyevanın şikayətinə REAKSİYA

Xəbər verdiyimiz kimı, Xalq artisti, xanəndə Könül Xasıyeva aparıcı Zaur Kamalı polisə verib.

Buna səbəb Z.Kamalın ARB-də yayımlanan “Həmin Zaur” ("Səni deyirlər" rubrikası) verilişində işlətdiyi ifadələr olub.

Aparıcı efirdə bildirib ki, K.Xasıyeva vaxtilə Bakıda tək qalmamaq üçün anasını öz yanına, evinə gətirib. Bu isə valideynlərinin ayrılmasına səbəb olub.

Və bu hadisənin üstündən təxminən bir il keçib. Maraqlıdır, bəs niyə görə Könül Xasıyeva həmin vaxtı deyil də bu gün polisə şikayət edib?

Bu sualla bağlı teleaparıcı Zaur Kamal Qazet.az-a açıqlama verib.

Zaur bəy şikayətin doğru olduğunu bildirib.

"Bu barədə saytlar artıq hər şeyi yazıb. Ancaq Könül xanımın nə üçün məhz bu gün şikayət etməsi barədə mən də heç nə bilmirəm. Xahiş edirəm, bu barədə Könül xanımın özündən məlumat alasınız. Məsələnin nə olduğunu özüm də bilmirəm. Bu barədə dəqiqləşdirib mətbuat katibləri məlumat verəcəklər".

 

Gülnar Süleymanova / Qazet.az