Zaxarova bildirib ki, Qərb Qarabağda Rusiyaya təzyiq etmək istəyir
Aİ-nin mülki missiyasının Ermənistan-Azərbaycan sərhədinə göndərilməsi ideyası Rusiyada Avropa İttifaqının nizamlanma prosesinə hər hansı formada müdaxilə etmək, Moskvanın vasitəçilik səylərinə təzyiq göstərmək cəhdi kimi qiymətləndirilir.
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
"Əlbəttə, münasibətlərini qurmaq suveren dövlətlərin işidir", - Zaxarova qeyd edib və Aİ-nin vasitəçilik baxımından real imkanlarını şübhə altına alıb.
Zaxarovanın sözlərinə görə, Aİ nümayəndələri Ukrayna ətrafında vəziyyətin qaynar fazaya keçməsinin qarşısını ala bilməyiblər. Zaxarova hesab edir ki, Aİ missiyalarının işi hələ heç bir yerdə real nizamlanmaya gətirib çıxarmayıb.
“Biz ondan çıxış edirik ki, İrəvanla Bakının barışmasının, regionda davamlı sülhün və uzunmüddətli sabitliyin bərqərar olmasının yeganə açarı Rusiya, Azərbaycan, Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının tam şəkildə həyata keçirilməsidir”,- Zaxarova bildirib.