Zaxarovadan Cənubi Qafqaz açıqlaması
Gündəm
21:08 07 okt, 2021
M.Zaxarova xatırladıb ki, ötən gün Rusiya və İran XİN rəhbərləri "3+3" formatının yaradılması təşəbbüsünü müzakirə edib
Rusiya Cənubi Qafqazda geosiyasi sabitlik və təhlükəsizliyin təmin olunması üzrə tapşırığın prioritet olduğunu rəhbər tutur.
Qazet.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
O bildirib ki, Rusiya regional iştirakçılarla dialoqun dəstəklənməsi yolu ilə müvafiq kompleks siyasət yürüdür
M.Zaxarova xatırladıb ki, ötən gün Rusiya və İran XİN rəhbərləri "3+3" formatının yaradılması təşəbbüsünü müzakirə edib:
"Rusiya xarici işlər naziri Sergey Lavrov bu təşəbbüsə müsbət yanaşma sərgiləyib".