Bakı -6˚C Cloudy

Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq

Gündəm 23:58 04 noy, 2021

Qeyd edək ki, 8 noyabr - Zəfər Günü ilə bağlı dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-yə yaxın tədbiri keçiriləcək.

Zəfər Günü ABŞ-da geniş qeyd olunacaq

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun ABŞ-a səfəri başlayır.

Qazet.az xəbər verir ki, səfər zamanı komitə sədri ABŞ-ın 4 ştatının 5 şəhərində Azərbaycan icmasının nümayəndələri ilə görüşəcək, dünyanın müxtəlif ölkələrində olduğu kimi, Zəfər Günü tədbirlərinə qatılacaq.

Bundan başqa, səfər çərçivəsində ölkəmizə dost münasibəti bəsləyən və dəstək olan digər icmaların nümayəndələri ilə görüşlər planlaşdırılır.

Səfər proqramında bir sıra rəsmi görüşlər də nəzərdə tutulur.

Qeyd edək ki, 8 noyabr - Zəfər Günü ilə bağlı dünya ölkələri üzrə Azərbaycan diasporunun 150-yə yaxın tədbiri keçiriləcək.