Bakı 22˚C Mostly sunny

Zəfər Günü ilə bağlı hərbi hissədə tədbir keçirildi - Video

Gündəm 22:18 06 noy, 2021

Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib

Zəfər Günü ilə bağlı hərbi hissədə tədbir keçirildi - Video

Noyabrın 6-da N hərbi hissəsində Zəfər Günü münasibətilə tədbir keçirilib.

Müdafiə Nazirliyindən Qazet.az-a verilən məlumata görə, əvvəlcə ulu öndər Heydər Əliyevin hərbi hissənin ərazisindəki abidəsi ziyarət olunub, önünə əklil və gül dəstələri qoyulub.

Ümummilli liderimizin və ərazi bütövlüyümüz uğrunda canlarını qurban verən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Müdafiə Nazirliyi və ictimaiyyət nümayəndələrinin, şəhid ailələrinin, qazilərin, hərbi hissənin şəxsi heyətinin iştirak etdiyi mərasimdə Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qazanılan qələbədən, qəhrəman oğullarımızın göstərdiyi şücaətdən danışılıb. Bildirilib ki, döyüşlər zamanı Azərbaycan Ordusu qüdrətini, Azərbaycan əsgəri gücünü bütün dünyaya nümayiş etdirdi. Vətən müharibəsi ilə haqq-ədalət bərpa edildi, xalqımızın otuz ilə yaxın həsrətinə son qoydu.

Şəhid ailələri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Sonra hərbi hissənin şəhid hərbi qulluqçularının əziz xatirəsinə salınmış memorial kompleksin açılışı baş tutub.
Mərasimin bədii hissəsində ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Milli Müdafiə Nazirliyinin Mehteran Birliyinin ifasında Türkiyə-Azərbaycan qardaşlığını və vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirilib.