Bakı 28˚C Intermittent clouds

Zelenski 23 rusiyalıya sanksiya tətbiq etdi

Gündəm 04:10 19 noy, 2021

Zelenski qərarın icrasına nəzarəti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibinə həvalə edib. 

Zelenski 23 rusiyalıya sanksiya tətbiq etdi

Ukrayna Prezidenti Vladimir Zelenski 23 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

“Qazet.az” xəbər verir ki, müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub.

Zelenski qərarın icrasına nəzarəti Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MDŞ) katibinə həvalə edib. 

Ümumilikdə sənəddə 28 nəfərin - Rusiya və Ukrayna vətəndaşları, Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarının siyahısı var. Sanksiyalara, o cümlədən, aktivlərin bloklanması, ticarət əməliyyatlarının məhdudlaşdırılması, resursların tranzitinin dayandırılması, kapitalın Ukraynadan çıxarılmasının qarşısının alınması, iqtisadi öhdəliklərin icrasının dayandırılması, dövlət əmlakının özəlləşdirilməsində və icarəsində iştirakın qadağan edilməsi daxildir.