Zelenski ABŞ dövlət katibi ilə Donbası müzakirə etdi
Gündəm
05:12 03 noy, 2021
“Blinkenlə görüş zamanı Donbasda gərginləşən vəziyyəti, hərbi-müdafiə üzrə əməkdaşlığı müzakirə etdik”.

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ dövlət katibi Entoni Blinkenlə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısı Tvitter səhifəsində yazıb.
O, Qlazqoda BMT-nin iqlim dəyişikliklərinə həsr edilmiş konfransında (COP26) amerikalı rəsmi ilə bir araya gəldiyini bildirib:
“Blinkenlə görüş zamanı Donbasda gərginləşən vəziyyəti, hərbi-müdafiə üzrə əməkdaşlığı müzakirə etdik”.