Bakı -3˚C Windy

Zelenski Almaniyadan yardım istədi

Gündəm 11:30 26 okt, 2022
Zelenski Almaniyadan yardım istədi

Zelenski Ukraynanın paytaxtı Kiyevə gələn Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşüb.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, Kiyevdəki Prezident Aparatında bağlı qapılar arxasında keçirilən ikitərəfli görüşlərdən sonra keçirilən birgə mətbuat konfransında o, Almaniyaya Ukrayna ilə Avropa İttifaqı (Aİ) və Birləşmiş Millətlər Təşkilatında (BMT) təhlükəsizlik, iqtisadiyyat və sosial inkişaf məsələlərində əməkdaşlığa görə təşəkkür edib.

İkitərəfli görüşlərdə hər iki ölkə üçün vacib məsələləri müzakirə etdiklərini qeyd edən Zelenski, “Bu gün prezidentlə dövlətlərimiz arasında belə əlaqələrə tam uyğun gələn mühüm danışıqlar apardıq” - deyə, qeyd edib.
Ukrayna səmasını qorumaq üçün "IRIS-T" hava hücumundan müdafiə sistemini təmin etdiyinə görə Almaniyaya təşəkkürünü bildirib və bu sahədə dəstəyin davam edəcəyinə ümid etdiyini bildirib.

Digər müdafiə silahlarına, eləcə də hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduqlarını və bu istiqamətdə Almaniyadan dəstək istədiklərini qeyd edən Zelenski artilleriya sistemləri, zirehli maşınlar və digər silahlar üçün yardıma ehtiyacları olduğunu bildirib.