Zelenski BMT Baş Assambleyasında çıxış edə bilər
Ukrayna prezidenti Vladimir Zelenski BMT Baş Assambleyasında çıxış edə bilər.
"Qazet.az" TASS-a istinadən xəbər verir ki, Ukrayna liderinə videobağlantı vasitəsilə yüksək səviyyəli həftəlik sessiyaya qoşulmaq icazəsi verilə bilər.
“Həftənin sonuna qədər BMT Baş Assambleyasının 77-ci sessiyası nümayəndə heyətlərinin səlahiyyətləri məsələsinə baxacaq, orada Zelenskinin çıxışı məsələsi qaldırıla bilər”, - mesajda deyilir.
Qeyd edildiyi kimi, Zelenskinin sentyabrın 20-də Nyu-Yorkda başlayacaq BMT Baş Assambleyasının sessiyasında çıxışı artıq açıqlanıb. Bununla belə, TASS-ın məlumatına görə, tədbirin formatı üzbəüz iştirak tələb edir. Eyni zamanda, Kiyev hələ Zelenskinin BMT Baş Assambleyasında çıxış etmək üçün Nyu-Yorka gedəcəyini və ya sammitə uzaqdan qatılmaq qərarına gələcəyini rəsmi olaraq açıqlamayıb - Ukrayna prezidentinin sentyabrın 21-də keçiriləcək tədbirdə çıxış edəcəyi gözlənilir.
Daha əvvəl bildirilmişdi ki, BMT Təhlükəsizlik Şurası Zelenskinin BMT Baş Assambleyası üçün Nyu-Yorka səfər edəcəyi təqdirdə ona “qapıları bağlamayacağına” söz verib .