Bakı 7˚C Sunny

Zelenski daha bir yüksək vəzifəlini işdən azad etdi

Xəbərlər 00:09 29 avq, 2022
Zelenski daha bir yüksək vəzifəlini işdən azad etdi

Ukrayna prezidenti Volodimir Zelenski Milli Qvardiya komandanının müavini Yaroslav Spodarı vəzifəsindən azad edib .

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna lideri fərman imzalayıb.

Spodar bu vəzifəni 2014-cü ildən tuturdu, onun işdən çıxarılmasının səbəbləri sərəncamda göstərilmir.

Bundan əvvəl məlum olmuşdu ki, Zelenski ölkənin təhlükəsizlik və müdafiə sektorunun nümayəndələri ilə gizli görüş keçirib, görüşdə cəbhədəki vəziyyət müzakirə olunub.