Bakı 7˚C Showers

Zelenski Donbasdakı itkilərin sayını açıqladı

Gündəm 19:00 14 dek, 2021

Donbasdakı münaqişə zamanı 15 minə yaxın insan itirmişik

Zelenski Donbasdakı itkilərin sayını açıqladı

Ukrayna Donbasdakı münaqişə zamanı 15 minə yaxın insanını itirib.

Qazet.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində deyib.

“Milyon yarım insan öz evlərini tərk etməyə məcbur oldu və məcburi köçkünə çevrildilər. Ukrayna Donbasda sülhün davamlı olmasını təmin etmək üçün bütün lazımi səyləri etməyə hazırdır. Ötən illər ərzində Ukrayna tərəfi Rusiyaya münaqişənin həlli üçün çoxlu variant təklif edib və danışıqları bərpa etməyə dəfələrlə cəhd edib. Əgər həmin danışıqları saymağa başlasaq, bu müsahibə qalın kitaba çevrilər” - Zelenski bildirib.