Bakı 7˚C Showers

Zelenski enerji infrastrukturunun bərpası üçün 2 milyard dollar istəyir

Gündəm 23:40 12 okt, 2022
Zelenski enerji infrastrukturunun bərpası üçün 2 milyard dollar istəyir

Ukrayna prezidenti Vladimir Zelenski Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun konfransında çıxışı zamanı ölkənin enerji infrastrukturunun bərpası, eləcə də qarşıdan gələn qışa qədər qaz və kömür alınması üçün beynəlxalq tərəfdaşlardan kredit istəyib.

Qazet.az
 xəbər verir ki, bu barədə 
Gazeta.ru məlumat yayıb.

“Bizə elektrik enerjisi infrastrukturunun dağıldıqdan sonra bərpası və Avropaya ixracın genişləndirilməsi üçün 2 milyard dollar məbləğində məqsədyönlü kredit lazımdır”, - deyə Zelenski bildirib.

Onun sözlərinə görə, Ukraynanın qarşıdan gələn istilik mövsümünə qədər qaz və kömür alınması üçün də kredit limitlərinə ehtiyacı var.

“Bu il üçün yardımın məbləği ən azı 5 milyard dollar olmalıdır”, o, yekunlaşdırıb.