Bakı 3˚C Partly sunny

Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

Gündəm 21:31 15 dek, 2021

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü olub.

Zelenski İlham Əliyevi Kiyevə dəvət etdi

Ukrayna Prezidenti azərbaycanlı həmkarı İlham Əliyevi Kiyevə səfərə dəvət edib.

Qazet.az xəbər verir ki, o, Azərbaycan Prezidenti İlham Əliyevi Ukraynada səbirsizliklə gözlədiyini söyləyib.

"Fürsətdən istifadə edərək Sizi Ukraynaya səfərə dəvət edirəm. Ümid edirdim ki, Siz bizim müstəqilliyimizin 30-cu ildönümündə ölkəmizə səfər edəcəkdiniz, lakin COVİD-ə görə bu günlərdə dünyada vəziyyətin çətin olduğunu da başa düşürəm. Lakin müstəqilliyin 30-cu il dönümü bütün il ərzində qeyd olunur - avqust ayından növbəti ilin avqust ayınadək. Buna görə ümid edirəm ki, Siz imkan tapıb Ukraynaya gələcəksiz və biz Sizin səfərinizi səbirsizliklə gözləyəcəyik", - Zelenski həmkarı ilə görüşdə vurğulayıb.

Qeyd edək ki, bu gün Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşü olub.