Zelenski: "İran ruslara yüzlərlə dron verib və buna dair sübutlar var"
Gündəm
06:27 26 okt, 2022

Ukrayna prezidenti İranın Rusiyaya insansız uçaqlar göndərdiyinə dair sübut və sənədlərin mövcudluğuna toxunaraq minlərlə başqa dronların da yolda olduğunu vurğulayıb.
Qazet.az xəbər verir ki, Volodimir Zelenski İtaliyanın “Corriere della Sera” qəzetinə müsahibəsində müharibə prosesi və son beynəlxalq hadisələr haqqında danışıb. O, İranın müharibədəki mövqeyi ilə bağlı suala cavabında deyib: “Təəssüflə bildirirəm, hamıya məlumdur ki, Tehran ruslara yüzlərlə dron verib və daha minlərlə dron da yoldadır”.
Tehranın bu məsələni təkzib etməsinə toxunan Zelenski deyib: "Bizim əlimizdə danılmaz sənədlər və sübutlar var, onlar özləri də bilirlər. Onları bu məsələyə dərhal son qoymağa çağırırıq".