Zelenski MAQATE rəhbəri ilə görüşdü
Xəbərlər
21:11 30 avq, 2022
Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin ofisi məlumat yayıb.
Görüş zamanı nələrin müzakirə edildiyi açıqlanmayıb, görüş MAQATE missiyasının Ukraynaya səfəri çərçivəsində keçirilib.
Qeyd edək ki, avqustun 29-da Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası Zaporojye Atom Elektrik Stansiyasını yoxlamaq üçün Ukraynaya gedib. Yoxlama avqustun 31-dən sentyabrın 3-dək aparılacaq.