Bakı 25˚C Windy

Zelenski Polşa xalqına müraciət etdi

Gündəm 10:26 12 mar, 2022

Bu müharibədə qalib gəlsək, qələbəni qardaşlarımızla bölüşəcəyik

Zelenski Polşa xalqına müraciət etdi

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynaya böyük dəstəyə görə Polşa prezidenti Anjey Dudaya və Polşa xalqına təşəkkür edib.

Qazet.az xəbər verir ki, bu barədə Ukrayna dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

“Mən hiss edirəm ki, biz artıq Polşa ilə çox güclü ittifaq yaratmışıq. Qoy bu, qeyri-rəsmi olsun. Amma kağız üzərindəki sözlərdən deyil, reallıqdan yaranan ittifaqdır.

Bu müharibədə qalib gəlsək, qələbəni qardaşlarımızla bölüşəcəyik”, -deyə Zelenski bildirib.

Onun sözlərinə görə, çox uzun müddət “maraqlı tərəflər” hamını ukraynalılarla polyakların düşmənçilik etdiklərinə inandırmağa çalışıblar. Əslində isə belə deyil.

Zelenski qeyd edib ki, ukraynalılar və polyaklar Avropanı bu uçurumdan çıxarıb düşməni dayandıra biləcəklər.

“Bu, tarixi bir missiyadır”, - deyə prezident əlavə edib.

mənbə