Bakı 8˚C Dreary

Zelenski: "Putin nüvə silahından istifadə edə bilər"

Gündəm 01:25 24 okt, 2022
Zelenski: "Putin nüvə silahından istifadə edə bilər"

Rusiya nüvə silahından istifadə edə bilər. Rusiya Ukraynanın nüvə obyektlərini hədəf alıb ”.

Qazet.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam videomüraciətində bildirib.

Zelenski qeyd edir ki, Rusiya dünyanı Zaporojye AES-də radiasiya fəlakətinin olması ilə şantaj edir: "Rusiya raketləri Ukraynanın nüvə obyektlərinin üzərindən hərəkət edir. Kaxovskaya su elektrik stansiyasının bəndini və bloklarını minalayan Rusiya hərbçiləridir. Stansiyanı partlatmaqla şantaj edir, mülki infrastruktura qarşı fosforlu sursatlardan, qadağan olunmuş piyada əleyhinə minalardan və bütün spektrli silahlardan istifadə edən Rusiyadır. Əgər Rusiya zəng edib deyirsə ki, guya Ukrayna nəsə hazırlayır, deməli, bu, bir o deməkdir ki, Rusiya bütün bunları artıq hazırlayıb".