Zelenski Quterreşlə Zaporojye AES-dəki son vəziyyəti müzakirə edib
Xəbərlər
02:11 29 sen, 2022
Ukrayna Prezidenti Volodimir Zelenski BMT-nin Baş katibi Antoniu Quterreşlə telefon danışığında Zaporojye AES-də yaranmış təhlükəni müzakirə edib.
Qazet.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.
Qeyd olunub ki, siyasətçilər AES-dəki vəziyyət kontekstində nüvə təhlükəsizliyi məsələsi ətrafında fikir mübadiləsi aparıblar.
V.Zelenski, həmçinin Rusiyanın Ukrayna ərazilərində keçirdiyi “referendumların” BMT tərəfindən tanınmaması ilə bağlı aydın mövqeyinə görə A.Quterreşə təşəkkür edib.